AZ

Təcili tibbi yardım avtomobili qəzaya UĞRADI: Xəsarət alanlar var - FOTOlar

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən məlumat verir ki, hadisə Babək rayonu ərazisində baş verib.

Çağırışa gedən təcili tibbi yardım avtomobili "Mercedes-Benz"lə toqquşub.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Fatma Talıb qızı Məmmədova və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Paşa oğlu Novruzov xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
18
milli.az

10Mənbələr