Madrid "Real"ının ulduzu Kilian Mbappe 6 aylıq fasilədən sonra Fransa milli komandasına dəvət alıb.
Offsideplus.az xəbər verir ki, milli komandanın baş məşqçisi Didye Deşam bu gün açıqladığı siyahıda 26 yaşlı hücumçuya da yer verib.
Hazırda yaxşı formada olan futbolçu UEFA Millətlər Liqasının A Liqasının 1/4 finalında Xorvatiyaya qarşı forma geyinə bilər. Oyun martın 20-də Xorvatiyanın Split şəhərində keçiriləcək.
Xatırladaq ki, Mbappe axırıncı dəfə ötən il sentyabrın 9-da Belçika ilə matçda yığmanın düşərgəsində olub.