"Liverpul"un niderlandlı müdafiəçisi Vircil van Deyk bu mövsüm başa çatdıqdan sonra Mersisayd klubunu tərk edərək Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, "Əl-Hilal" 33 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi mərkəz müdafiəçisinə ildə təxminən 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, van Deykin "Liverpul"la hazırkı müqaviləsi bu mövsümün sonuna qədər nəzərdə tutulub. Ona görə də müdafiəçi yayda azad agent kimi "Əl-Hilal"a pulsuz keçə biləcək.
Vircil van Deyk cari mövsümdə Mersisayd klubunun heyətində İngiltərə çempionatında 29 oyun keçirib və 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa