AZ

Ermənistan regionda sülh istəyirsə… - Rəsmi Bakıdan CAVAB VİDEO

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, artıq Minsk qrupuna da ehtiyac yoxdur.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Bunu isə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri isə başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.

Azərbaycanla-Suriya münasibətlərinə də toxunan Ceyhun Bayramov qeyd edib ki, iki ölkə arasında təmaslar davam edir. "İlk humanitar yardım artıq Azərbaycandan Suriyaya göndərilib. Yaxın zamanlarda bizim Suriya Xarici İşlər naziri ilə telefon danışığımız nəzərdə tutulub" - deyə Ceyhun Bayramov əlavə edib.

Nazir vurğulayıb ki, Suriyanın beynəlxalq münasibətlər sistemində əhəmiyyətli aktora çevrilməsi üçün Azərbaycan da lazımi dəstəyi göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
20
xezerxeber.az

1Mənbələr