AZ

Arın Çetin: Bu forum yeni perspektivləri nəzərdən keçirmək üçün mühüm bir platformadır

Bakı, 13 mart, AZƏRTAC

Üçüncü dəfədir ki Qlobal Bakı Forumunda forumda iştirak edirəm. Bu forum qlobal əməkdaşlığı inkişaf etdirmək və yeni perspektivləri nəzərdən keçirmək üçün mühüm bir platformadır. Çünki dünya sürətlə dəyişir. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra bu proses daha da sürətlənib.

Bu sözləri AZƏRTAC- a müsahibəsində türkiyəli politoloq Arın Çetin deyib.

Politoloq hazırda dünyada bir sıra konfliktlərin davam etməkdə olduğunu qeyd edərək bildirib ki, koronavirus pandemiyasından sonra bu proseslər daha da geniş vüsət alıb: "Bir yerə toplaşaraq bu problemlərin həlli yollarını tapmaq önəmlidir. Azərbaycan dünyada baş verən proseslərdə yaxından iştirak edən və hörmət qazanmış bir ölkədir. Prezident İlham Əliyev həqiqətən də dünyada baş verən siyasi proseslərdə balansı qoruyan bir lider kimi tanınmaqdadır".

 

Seçilən
14
1
azertag.az

2Mənbələr