AZ

Donnarumma ÇL-da həftənin oyunçusu seçilib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra ən yaxşı futbolçunun adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, PSJ-nin qapıçısı Canluici Donnarumma ən yaxşı seçilib.

İtaliyalı oyunçu, penaltilər seriyasında iki zərbəni dəf etmədən əvvəl, "Liverpul"la 120 dəqiqə ərzində qapını toxunulmaz saxlayıb.

Çempionlar Liqasının 1/4 finalında PSJ yenidən İngiltərə komandası ilə - "Aston Villa" ilə qarşılaşacaq. İlk oyun aprelin 9-da Parisdə, cavab qarşılaşması isə aprelin 15-də Birmingemdə keçiriləcək. Yarımfinalın qalibi ya "Arsenal", ya da "Real Madrid" ilə oynayacaq.

Seçilən
6
90deqiqe.az

1Mənbələr