4 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayev Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilib.
Gununsesi.info-nun xəbərinə görə, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci(təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.
Ceyhun Ağayev iddia edib ki, o, Suraxanı rayonunda qanunsuz tikintilərin inşası üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır.
Məsələ ilə bağlı sayt Adil Əliyevin mövqeyini öyrənməyə çalışıb, lakin icra başçısı telefonun dəstəyini qaldırmayıb.