AZ

Ukrayna ABŞ-yə sülh sazişi ilə bağlı "qırmızı xətləri"ni açıqlayıb

Ukrayna və ABŞ arasında Ciddədə keçirilən görüşdə Kiyev nümayəndə heyəti Vaşinqton nümayəndələrinə potensial sülh sazişi ilə bağlı “qırmızı xətləri” açıqlayıb və respublikanın NATO-ya daxil olmaq planlarından əl çəkmək niyyətində olmadığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Yevropeyskaya Pravda” nəşri mənbələrə istinadən yazır.

Nəşr bildirib ki, görüşdə potensial razılaşma ilə bağlı mövqelərin razılaşdırılması nəzərdə tutulmayıb, lakin Ukrayna tərəfi amerikalı tərəfdaşlarını “qırmızı xətləri” barədə məlumatlandırıb.

“Biz NATO məsələlərini də müzakirə etdik və açıq şəkildə bildirdik ki, Ukrayna üçün bu, gündəmdən çıxarıla bilməz”, - nəşrin mənbəsi bildirib.

“Ukrayna üçün qırmızı xətlər var, xüsusən də ordunun sayında heç bir məhdudiyyət ola bilməz və Ukraynanın [beynəlxalq təşkilatlarda], o cümlədən Aİ və NATO-da iştirakına qadağalar ola bilməz. NATO ilə bağlı məsələ də Yermak tərəfindən qaldırıldı ki, Rusiyanın veto hüququ olmamalıdır”, - “Ukrainskoy Pravda”nın mənbəsi bildirib.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr