Xəbər verdiyimiz kimi Yevlax rayon mərkəzində gənclər arasında mübahisə faciə ilə nəticələnib. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Ayxan Quliyev və həmyaşıdı 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosu mərhum A. Quliyev və yaralı Ə. Zülfüqarlının fotosunu əldə edib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - 2009-cü il təvəllüdlü Mustafalı Həsən, 2005-ci il təvəllüdlü Mustafazadə Məhəmməd və 2007-ci təvəllüdlü Rəhim Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Fotoda sağda qətlə yetirilən Ayxan Quliyev, ortada xəsarət alan Əli Zülfüqarlı
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta