Bakı. Trend:
PSJ-nin ulduz futbolçusu Usman Dembele karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.
Trend xəbər verirki, bu mövsüm yüksək performansı ilə diqqət çəkən fransalı vinger"Liverpul"un transfer hədəfinə düşüb.
Premyer Liqa klubu Dembeleni mövsümün sonunda müqaviləsi başaçatan Məhəmməd Salahın əvəzləyicisi kimi görür. "Liverpul" 27 yaşlıhücumçunun transferi üçün PSJ-yə 100 milyon avro ödəməyəhazırdır.
Qeyd edək ki, Usman Dembele 2023-cü ilin avqustundan PSJ-dəçıxış edir. Fransa millisinin üzvü bu mövsüm Paris klubununheyətində 36 rəsmi matçda 29 qol vurub və 6 məhsuldar ötürməedib.