Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında millimiz yunan-Roma güləşi üzrə ilk medallarını qazanıb.
Offsideplus.az xəbər verir ki, güləşçilərimiz 1 gümüş və 2 bürünc medal əldə edib. 55 kq çəki dərəcəsində çıxış edən Elmir Əliyev bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə 8:0 hesabla qalib gəlib və bürünc medala yiyələnib.
Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabıyla məğlub olub. Nəticədə güləşçimiz qitə birinciliyini gümüş medalla başa vurub.
Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici görüşə çıxıb. Güləşçimiz bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib. Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medalı boynundan asıb.