AZ

Tramp ABŞ-ın Qrenlandiyanı ilhaq edəcəyinə inanır

Tramp ABŞ-ın Qrenlandiyanı ilhaq edəcəyinə inanır

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcək. AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, bunu Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşündə bildirib.O, jurnalistin Qrenlandiyanın potensial ilhaqı ilə bağlı sualına cavabında belə deyib. “Bəli, düşünürəm ki, bu baş verəcək. Mən bunda əsas rol oynaya biləcək adamın yanında otururam”, -deyə Tramp Rutteyə işarə edərək əlavə edib. Onun sözlərinə görə, Qrenlandiya ABŞ-a beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır.

Seçilən
27
6
afn.az

10Mənbələr