AZ

U-23: Ziya Babaşovdan AÇ-də gümüş medal

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən U-23 Avropa çempionatı sona yaxınlaşır.

Arena.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşiblər.

Güləşçilərimiz günü 1 gümüş və 2 bürünc medalla başa vurub.

Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb. Təəssüf ki, titulunu qoruya bilməyib və 1:3 hesabıyla məğlub olub. Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa vurub.

Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici görüşə çıxıb. Güləşçimiz bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib. Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medalı boynundan asıb.

Seçilən
22
14
arena.az

10Mənbələr