Avstriya XİN Bakı və İrəvanın sülh müqaviləsinin mətni üzrə razılaşmalarını alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
“Ermənistan və Azərbaycan arasında sülh işində əldə edilmiş irəliləyişi ürəkdən alqışlayırıq. Sazişin tezliklə imzalanacağına ümid edirik. Hərtərəfli və ədalətli saziş, şübhəsiz ki, bütün regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”, – xarici siyasət idarəsinin məlumatında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlamışdı.
Mənbə: unikal.az