“TKO Group Holdings” Səudiyyə Ərəbistanında titul boks döyüşü, çoxsaylı UFC və WWE döyüşlərini əks etdirən birləşmiş tədbir keçirə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Ringsidenews” məlumat yayıb.
Ən məşhur güləş promosyonu WWE tərəfindən təşkil edilən ənənəvi “Crown Jewel” şousu zamanı 2025-ci ilin noyabrında genişmiqyaslı tədbir baş tuta bilər. Mənbənin sözlərinə görə, kartda üç güləş, iki UFC döyüşü, o cümlədən titul döyüşü və iki boks matçı – biri dünya titulu üçün, digəri isə ulduzların iştirakı ilə keçiriləcək.
Şou boks matçında Loqan Pol, Konor Makqreqor və ya Saul Kanelo Alvares iştirak edə bilər. Şouda iştirak edə biləcək digər məşhurlar arasında Hollivudda şöhrət tapmadan əvvəl güləşçi olan Duayn “The Rock” Conson və Con Sena da var.