"Barselona" klubu İnyiqo Martineslə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin cari mövsümün sonunda başa çatacaq müqaviləsi daha bir il uzadılıb. O, 2026-cı ilin yayına katalon klubunda çıxış etməyə davam edəcək.
Martines 2023-cü ildə azad agent kimi "Barselona"ya qoşulub. O, Pau Kubarsi və Ronald Arauxo ilə birlikdə "blauqrana"nın müdafiəsinin təməlini təşkil edir.