AZ

Sudjada itkin düşən 154 nəfər tapıldı

Rusiya Daxili İşlər Nazirliyi Kursk vilayətinin Sudja rayonunda itkin düşmüş hesab edilən 154 nəfəri axtarışda olan şəxslər siyahısından çıxarmağa hazırlaşır.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk TASS-a bildirib.
O deyib ki, həmin insanlar sağdır.
“Həmkarlarım Rusiya hərbçiləri tərəfindən azad edilmiş yaşayış məntəqələrindən gələn Kursk vilayətinin Sudja rayonunun sakinlərinə hərtərəfli yardım göstərirlər”, - Volk bildirib.
O, əlavə edib ki, onların bir çoxu qohumları ilə əlaqəsini itirənlərin reyestrində qeyd olunub. Artıq onların axtarışda olanlar siyahısından çıxarılması üçün sənədlər hazırdır. Polis məmurları insanlara yaxınları ilə əlaqə saxlamağa köməklik edir.
Zaur

Mənbə: www.bakupost.az

Seçilən
15
www.bakupost.az

1Mənbələr