AZ

“Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün tarixi şansı əldən vermək istəmirəm”


“Ölkə hökumətinin başçısı kimi mən, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün indiki tarixi fürsətdən istifadə etmək istəyirəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mətbuatına müsahibəsində deyib.
Nazirlər Kabinetinin rəhbəri hesab edir ki, Ermənistan və Türkiyə onilliklər ərzində kök salmış qarşılıqlı stereotiplərdən əl çəkməli və bir-birini təhlükə kimi qəbul etməyi dayandırmalıdır.
Paşinyan qeyd edib ki, o, bəzən ölkə daxilində bir siyasətçi kimi ona faydası olmayan açıqlamalar verib. Amma regionda sülhün olması vacibdir – burada və indi. O hesab edir ki, bu, o cümlədən iqtisadi əməkdaşlıq yolu ilə mümkündür.
Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı” ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, beynəlxalq tanınma Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil:
“Bu, rəsmi ifadədir, lakin son dərəcə vacib və aydınlaşdırılması vacib olan məsələlər var”.
Seçilən
5
3
yeniavaz.com

4Mənbələr