AZ

Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur

“Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur”.

Demokratikmusavat.comxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-inə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır: “Bu, ilk baxışda sadə görünə bilər, amma, əslində, olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbən olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi vacib məsələlərə siraət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir”.

Paşinyan qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha üç ay, altı ay və ya bir il gecikə bilər: “Amma fikrimcə, bu, yalnız zaman məsələsidir və səbrli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır”.

Baş nazir Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasını, sərhədin dəmir yolu və avtomobil nəqliyyatı üçün açıq olmasını, ticarət əlaqələrinin birbaşa olmasını arzuladığını bildirib: “2022-ci ilin yayında Ermənistanla Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı əldə olunmuş razılıq hələ də həyata keçirilməyib. Bu, münasibətlərdə nəzərəçarpacaq irəliləyişin olmaması kimi şərh edilib. Amma mən bu fikirlə razı deyiləm. Çünki bu gün Ermənistanla Türkiyə arasında birbaşa dialoq var. Əvvəlki dövrü nəzərə alsaq, bu, çox mühüm dəyişiklikdir. Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar. Nəticə kənardan görünməyə bilər, ancaq bizim üçün vacibdir. Tərəflər hazırkı mərhələdə çətinlikləri, problemləri və fərqli perspektivləri daha yaxşı başa düşür və bunu mühüm qazanc kimi görür. Bu müddət ərzində Prezident Ərdoğanla bir neçə dəfə görüşmüşəm. İki ölkənin xarici işlər nazirləri arasında təmaslar davam edir.

Regional idarəetmə və infrastruktur nazirimiz həmkarı ilə əlaqə saxlayıb. Təhsil, elm, mədəniyyət və idman naziri də əlaqə saxlayıb. Xüsusi nümayəndələr də bir-biri ilə danışır. Bizim konkret əməkdaşlıq nümunələrimiz var. Bu yaxınlarda Türkiyənin ədliyyə sistemi tərəfindən axtarışda olan və ya ittiham olunan iki şəxsi Türkiyəyə təhvil vermişik. Bunlar böyük nailiyyətlər kimi görünməyə bilər, amma əvvəlki dövrlərlə müqayisədə çox mühüm irəliləyişlərdir".

Bunun dinamik proses olduğunu vurğulayan Paşinyan bu dinamikanın davam etdirilməsi üçün səylərin göstərilməli olduğunu vurğulayıb.(Report)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
20
9
Demokratikmusavat.com

10Mənbələr