AZ

NATO ölkələri silah istehsalında Rusiya və Çindən geri qalır - Rutte

NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Alyansa üzv olan ölkələr Rusiya və Çinlə müqayisədə çox az silah istehsal edir.

Qaziler.az bildirir ki, bu barədə CNN xəbər verir.

Oval kabinetdə ABŞ prezidenti Donald Trampla görüşdə jurnalistlərə açıqlama verən Rutte NATO-nun daha çox silah istehsal etməli olduğunu deyib.

"Biz daha çox silah istehsal etməliyik. Biz kifayət qədər iş görmürük. Nə ABŞ-da, nə də Avropada. Biz ruslar və çinlilərlə müqayisədə geridəyik", - Şimali Atlantika Alyansının baş katibi vurğulayıb.

QAZİLER.AZ

Seçilən
5
qaziler.az

1Mənbələr