AZ

Avropa Liqasında ilk dörddəbir finalçılar MÜƏYYƏNLƏŞDİLƏR

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

"Unikal" xəbər verir ki, bu çərçivədə keçirilən "Atletik Bilbao" - "Roma" oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ev sahiblərindən Niko Vilyams dubla imza atıb, daha bir dəfə isə Berçiçe fərqlənib. "Roma"nın yeganə qolunu Paredes vurub. Qeyd edək ki, Hummels "Roma"nı 11-ci dəqiqədən etibarən azlıqda qoyub.

Tərəflər arasında ilk matç İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdığına görə basklar ümumi hesabda üstünlük qazanaraq (4:3) adlarını dörddəbir final mərhələsinə yazdırıblar.

Turun Bakı vaxtı ilə 21:45-də başlayan digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Ayntraxt Frankfurt" - "Ayaks" - 4:1 (ilk oyun - 2:1);


"Latsio" - "Viktoria Plzen" - 1:1 (ilk oyun - 2:1);

 

"Olimpiakos" - "Budyo Qlimt" - 2:1 (ilk oyun - 0:3).


İki oyunun nəticəsinə görə "Ayntraxt Frankfurt", "Latsio", "Budyo Qlimt" və "Atletik Bilbao" 1/4 final mərhələsinə adlayıblar.

Seçilən
10
1
unikal.az

2Mənbələr