AZ

NATO silah istehsalında problemlə üzləşib

NATO

NATO üzvləri silah istehsalında Rusiya və Çindən geri qalır. Bu, həm ABŞ, həm də Avropaya aiddir.

Reyting.az
xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı bildirib.

CNN M. Ruttedən sitat da gətirib:

"Biz daha çox silah istehsal etməliyik. Biz kifayət qədər iş görmürük. Nə ABŞ-da, nə də Avropada. Biz ruslar və çinlilərlə müqayisədə geridəyik".

Ruttenin sözlərinə görə, ABŞ güclü müdafiə sənayesinə malikdir. Bununla belə, silah istehsalını artırmaq üçün daha çox iş görülməlidir.

Y. QACAR
Seçilən
7
reyting.az

1Mənbələr