AZ

Kanada Rusiya aktivlərindən Ukraynaya milyardlarla dollar verdi

Kanada Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (G7 ERA) təcili kredit proqramı çərçivəsində dondurulmuş Rusiya aktivlərindən Ukraynaya təxminən 1,7 milyard dollar köçürüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.

"Ukrayna G7 ERA təşəbbüsü çərçivəsində 2,5 milyard Kanada dolları (təxminən 1,7 milyard dollar) alıb", - deyə o qeyd edib.

Şmiqalın sözlərinə görə, bu pullar “dövlət büdcəsinin prioritet ehtiyaclarına” yönəldiləcək. Ukraynanın baş naziri əlavə edib ki, bu, Kanadadan ERA proqramına ümumilikdə 5 milyard Kanada dolları (təxminən 3,5 milyard dollar) ayıran ilk tranşdır.

Seçilən
1
unikal.az

1Mənbələr