AZ

Bank erotik modelə ipoteka verməkdən imtina edib - SƏBƏB

Keçmiş bank işçisi və indi böyüklər üçün "OnlyFans" resursunun ulduzu olan 34 yaşlı Laila Kelly (Leyla Kelli) hesabında altı rəqəmli depozit olmasına baxmayaraq, ev almaq üçün ipoteka müraciətinin maliyyə qurumu tərəfindən rədd edilməsi ilə üzləşib.

 

Sfera.az bildirir ki, Leyla Kellinin sözlərinə görə, sonradan ona başqa bank tərəfindən kredit verilsə də, maliyyə qurumlarından birinin imtinası onun bütün əhvalını pozub.
 

Xidmətdə məzmun yerləşdirməklə ildə 250 min dollardan çox qazanan qız, bankın bu qərara səbəb kimi onun fəaliyyət sahəsini göstərdiyini açıqlayıb.
 

Model olaraq isə bir hobbi kimi başlayan iş o qədər uğurlu olub ki, tam ştatlı karyeraya çevrilib. Bu iş Kelli və 19 illik ərinə bir ev üçün bir neçə yüz min dollarlıq əmanət yığmağa belə imkan verib. Ər həyat yoldaşının gördüyü işləri dəstəkləməklə yanaşı, onun fəaliyyətində də fəal iştirak edir. O, saytın məzmununu çəkir və redaktə edir.


Leylanın həyat yoldaşı ona bu işində tam dəstək olur.


“OnlyFans” ulduzu olmamışdan əvvəl Leyla 65.000 dollar qazanırdı. O vaxtlar o, öz evinin olmasını ağlına belə gətirmirdi. Yeni "işi" ona lazımi gəlir gətirəndə isə bankın qərarı Leylanın bu arzusunu gözündə qoyub:
 

O, hansı bankın ən yaxşı kredit şərtləri təklif etdiyini öyrənmək üçün bir neçə banka müraciət etdiyini bildirib. İlkin müraciətində Leyla öz işini "məzmun yaradıcısı" kimi qeyd etsə də, bank məzmun haqqında daha ətraflı məlumat istəyib. “OnlyFans” hesabı işlətdiyinə cavab verdikdə, ona peşəsini "seks işi" kimi qeyd etməsi bildirilib. Lakin o bunu edən kimi Yeni Zelandiya banklarından biri onun ərizəsinə baxmaqdan imtina edib.


"Bir bank cavab yazdı və mənim olduğum sənayeyə görə ərizəni nəzərdən keçirməyəcəklərini bildirdi. Şoka düşdüm və əvvəlcə çox qəzəbləndim - mən bunun gülünc olduğunu düşünürəm. Bu, maliyyə ayrı-seçkiliyinə bənzəyir, amma yəqin Yeni Zelandiyada işinizə görə ayrı-seçkilik edə bilərlər. Bu kateqoriyaya aid olan çoxlu yeni zelandiyalı var və biz çoxlu vergi ödəyirik."
 

Nəhayət, o, başqa bankdan kredit götürərək ölkənin paytaxtı Vellinqtonda ev almağı bacarıb. Ancaq adını çəkmək istəmədiyi ilk bankın imtinası xoşagəlməz bir iz buraxıb.


"Mənə görə bu, ağılsızlıqdır, çünki bu, lap əxlaqi məsələdirsə - əxlaqi məsələlər bank işinin bir hissəsi olmamalıdır. Siqaret satan və ya qumar oyunları ilə məşğul olan biznesi dəstəkləmirlərmi? Mənim pulum sizin üçün kifayət qədər yaxşı deyilsə, onda mən onsuz da sizinlə iş görmək istəmirəm" - Kelli deyib.

 

Aysel

Seçilən
4
sfera.az

1Mənbələr