AZ

Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Dəməşqə səfər edib

Ankara, 14 mart, AZƏRTAC

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti martın 13-də Dəməşqə gedib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Suriya Ərəb Respublikasının müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirəcək.

Müzakirələrin gündəliyinə Suriyanın demokratik qüvvələrinin Suriya hakimiyyətinin nəzarətinə keçməsi ilə bağlı razılaşma, eləcə də keçmiş prezident Bəşər Əsəd rejiminin tərəfdarları ilə hökumət qüvvələri arasında silahlı toqquşmalarla bağlı vəziyyət daxildir.

Ramn Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
5
3
azertag.az

4Mənbələr