AZ

Soğanı necə tez doğramaq olar?

Soğan doğramaq bəzən mətbəxdə bir çox insan üçün əsl sınağa çevrilir, xüsusilə də böyük miqdarda soğan doğramaq lazım olanda. Bunun əsas səbəbi isə doğrama zamanı yaranan göz yaşlarıdır.

Milli.Az soğanı tez, rahat və göz yaşları olmadan necə doğramaq barədə sadə, amma effektiv üsulunu təqdim edir:

Lazım olanlar

Uzun və möhkəm dişləri olan çəngəl

Kəskin bıçaqlı tərəvəz soyucu

Nə etməli?

Soğanın qabığını soyun. Soğanı çəngələ taxın ki, doğrama zamanı sabit qalsın və sürüşməsin. Çəngəl sayəsində soğanı rahatlıqla idarə edə və təhlükəsiz şəkildə doğraya biləcəksiniz.

Çəngəli tutaraq tərəvəz soyucunu soğanın üzərindən keçirib incə və bərabər dilimlər əldə edin. Bu üsul həm prosesi sürətləndirəcək, həm də doğramanı daha səliqəli edəcək.

Faydalı məsləhətlər

Göz yaşlarını azaltmaq üçün doğramadan əvvəl soğanı bir neçə dəqiqə soyuducuda saxlayın. Bu məlumat yalnız soğana deyil, həm də yerkökü, xiyar kimi incə doğranması lazım olan digər tərəvəzlərə də uyğundur.

Bu üsul sayəsində siz həm vaxtınıza qənaət edəcək, həm də göz yaşlarından qurtulacaqsınız. Ənənəvi bıçaqla doğramaq yerinə tərəvəz soyucudan istifadə etməklə nəticədə mükəmməl və səliqəli dilimlər əldə edəcəksiniz. /Lent.az

Milli.Az

Seçilən
9
milli.az

1Mənbələr