AZ

AL: "Fənər" "lotoreya"da uduzdu, MY darmadağınla 1/4 finalda

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, mərhələnin cavab oyunlarının hamısı eyni gündə keçirilib.

İstanbuldakı ilk dueldə "Reyncers"ə 1:3 hesabı ilə yenilən “Fənərbağça” Şotlandiyadakı matçın əsas vaxtında bu rəqibini 2 cavabsız qolla üstələyib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Reyncers” “Fənərbağça”nın inanılmazı reallaşdırmasına imkan verməyib.

“Mançester Yunayted” qonaq qismində qollu bərabərliyə razılaşdığı "Real Sosyedad"ı İngiltərədə darmadağın edərək adını 1/4 finala yazdırıb. “Atletik”, “Latsio”, “Budyo Qlimt”, “Ayntraxt”, “Tottenhem” və "Olimpik Lion" da növbəti mərhələyə adlayıb.

 

 

UEFA Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart

"Latsio” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) 1:1
Qollar: Romanyoli, 77 – Şults, 52.
İlk oyun – 2:1.

“Olimpiakos” (Yunanıstan) – “Budyo Qlimt” (Norveç) 2:1
Qollar: Yaremçuk, 53; 65 – Hoq, 36.
İlk oyun – 0:3.

“Ayntraxt” (Almaniya) – “Ayaks” (Niderland) 4:1
Qollar: Bahoya, 7. Götse, 25; 82. Ekitike, 67 – K.Teylor, 78.
İlk oyun – 2:1.

“Atletik” (Bilbao, İspaniya) – “Roma” (İtaliya) 3:1
Qollar: Uilyams, 45+3; 82. Berçiçe, 68 – Paredes, 90+3-pen.
İlk oyun – 1:2

“Tottenhem” (İngiltərə) – “Alkmaar” (Niderland) 3:1
Qollar: Odober, 26; 74. Meddison, 48 – Kopmeyners, 63.
İlk oyun – 0:1.

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 4:1
Qollar: B.Fernandes, 16-pen; 50-pen; 87. Dalo, 90+1 – Oyarzabal, 10-pen.
İlk oyun – 1:1.

“Olimpik Lion" (Fransa) – “Styaua” (Rumıniya) 4:0
Qollar: Mikautadze, 14; 47. Nuama, 37; 88.
İlk oyun – 3:1.

“Reyncers” (Şotlandiya) – “Fənərbağça” (Türkiyə) 0:2 (penaltilər 3:2)
Qollar: Şimanski, 45; 73.
İlk oyun – 3:1.

 

Seçilən
1
1
fanat.az

10Mənbələr