AZ

Denver Beynəlxalq Aeroportundatəyyarədə yanğın baş verib (VİDEO)

Bakı. Trend:

ABŞ-nin Kolorado ştatında yerləşən Denver BeynəlxalqAeroportunda, "American Airlines" aviaşirkətinə məxsus təyyarədəyanğın baş verib, sərnişinlər təxliyə edilib.

Trend "Mirror"nəşrinə istinadən xəbər verir ki, hadisə cümə axşamı axşamsaatlarında baş verib.

Təyyarə C38 qapısında olduğu zaman tüstülənmə müşahidə edilib vəyanğın başlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təyyarənitələsik tərk etdiyi, bəzilərinin isə təyyarənin qanadına çıxdığıgörünür. Şahidlərin bildirdiyinə görə, yanğının səbəbi reaktivyanacağın alışması olub.

Aeroport rəhbərliyi yanğınsöndürənlərin operativ müdaxiləetdiyini və təxliyənin fövqəladə traplar vasitəsilə həyatakeçirildiyini açıqlayıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Seçilən
15
az.trend.az

1Mənbələr