AZ

Merkel koronavirus məlumatlarını gizlətməkdə ittiham olunur

Almaniyanın keçmiş kansleri Angela Merkel koronavirusun mənşəyi ilə bağlı məlumatları gizlətmək ittihamlarını rədd edib.

Azreform.info xəbər verir ki, bu barədə "Tagesspiegel” qəzetinə keçmiş kanslerin nümayəndəsi məlumat verib.

O, həmçinin məlumat üçün ofislə əlaqə saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, hakimiyyəti dövründə hökumətin işi ilə bağlı məlumatları ehtiva edən rəsmi sənədlər onun kabinetində deyil, Federal Kansleriyada saxlanılır.

Bir gün əvvəl "Süddeutsche Zeitung" və "Die Zeit" qəzetləri Almaniyanın Federal Kəşfiyyat Xidmətinin 2020-ci ildə koronavirus pandemiyasının Vuhandakı "laboratoriya qəzası" nəticəsində yarandığını müəyyən etdiyini bildirib. Müəlliflər iddia ediblər ki, kəşfiyyat rəhbəri Bruno Kahl bu barədə Merkelin ofisini şəxsən məlumatlandırıb, lakin o, məlumatı gizli saxlamaq qərarına gəlib.

Martın 8-də "The New York Times" yazıb ki, Missuri ştatının Şərqi Dairəsinin federal məhkəməsinin Çin hökumətini pandemiyanın əvvəlində koronavirusun (COVID-19) yayılması ilə bağlı məlumatları gizlətməkdə təqsirli bilib və ölkəyə təxminən 24 milyard dollar ödəməyi əmr etdiyini bildirib.(Qaynarinfo)

Seçilən
2
3
azreform.info

5Mənbələr