AZ

111 yaşlı britaniyalı qadın uzunömürlülüyünün sirrini açıqladı

111 yaşlı britaniyalı Hilda Lak uzunömürlülüyünün sirrini açıqlayıb. O, bunu şokolada olan sevgisi ilə izah edib.

 

Bu barədə "Need To Know" məlumat yayıb.

 

Böyük Britaniyanın sakini 1914-cü ildə Kent qraflığında anadan olub. Birinci Dünya Müharibəsi başladıqdan sonra Lak ailəsi Şotlandiyaya köçüb, burada atası gəmi tərsanəsində işləyib. İkinci Dünya Müharibəsi zamanı Hilda Çatem şəhərindəki gəmi tərsanəsində qaynaqçı işləyib. Orada o, gələcək həyat yoldaşı ilə tanış olub. Onlar Reynhem şəhərinə köçüblər və iki oğul böyüdüblər.

 

Hazırda Lak həyat yoldaşı ilə yaşayır. Yaşına baxmayaraq, qadın tamamilə müstəqildir.

 

Hilda uzunömürlülüyünün səbəbləri kimi şokolada və sevgi romanlarını oxumağa olan marağını göstərib. Bundan əlavə, uzunömürlü qadın heç vaxt siqaret çəkməyib və spirtli içki qəbul etməyib.

 

Lak Böyük Britaniyanın ən yaşlı sakinlərinin reytinqində altıncı yerdədir. Birinci yeri 2024-cü ilin avqustunda 115 yaşı tamam olan Etel Mey Keyterem tutur.

 

Oxu.az

Tarix: 14 Mart 2025, 07:21   
Seçilən
17
1
pravda.az

2Mənbələr