Cənub bölgəsində balığın qiyməti bahalaşıb. Pravda.az ATV-yə istinadən məlumat verir ki, çərşənbə süfrəsinin təamı olan balığın qiymətində 15-20 manata qədər artım müşahidə olunur.
Belə ki, Lənkəranın Böyük bazarında satılan ən bahalı balığın qiyməti 70 manat təşkil edir.
Satıcılar bildiriblər ki, qiymətlərin yüksək olmasına baxmayaraq, tələbat da çoxdur.
Tarix: 14 Mart 2025, 07:23