Balaca Lijana Svenningsen qeyri-adi saçla doğulanda xəstəxanada bütün mamaları təəccübləndirib.
Sfera.az bildirir ki, Böyük Britaniyada qeyri-adi saçla doğulan körpə maraq mövzusu olub.
Qlazqodan olan 25 yaşlı ana Hajer (Hacer) Harizi genetika ilə bağlı: "Həm ərim, həm də mən çox saçlı doğulduğumuz üçün çox təəccüblənmədim"-deyə bildirib.
Onun sözlərinə görə, xəstəxananın mamaçaları tez-tez palataya baş çəkir və deyirdilər: “Uzun saçlı doğulan körpəni görməyə gəlmişdik”.
Qızın qeyri-adi saç düzümü təkcə həkimlərin deyil, yoldan keçənlərin də diqqətini çəkir. "İnsanlar onun saçını soruşmaq üçün hər zaman bizə yaxınlaşırlar olurlar. Bir dəfə məndən parik olub-olmadığını soruşdular. Mən zarafatla "hə" cavabını verəndə mənə inandılar" - deyə Hacer paylaşıb.
Qadın deyir ki, belə dəbdəbəli saçlara qulluq etmək xüsusi diqqət tələb edir: "Qızımın saçları yağlandığı üçün üç gündən bir yuyuram. Şampun və kondisionerlərin zərərli kimyəvi maddələrin olub olmadığını yoxlamaq üçün xüsusi skan proqramından istifadə edirik".
Hacer hər gün qızının saçını düzəltməkdən həzz alır və onu kəsdirmək fikrində deyil.
“Mən onun saçını hər gün düzəltməyi çox sevirəm və o, yaşlm özü bunu etməyə qərar verənə qədər kəsdirməyi planlaşdırmıram.”
Aynil