Xalq artisti Məleykə Əsədova paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi instaqram səhifəsində getdiyi yoqa məşğələsindən foto yayımlayıb.
Şəkildə Əsədovanın göydə asılmış vəziyyətdə meditasiya etməsi əks olunub.
Məleykə həmin görüntüsünə “Sağlamlıq gözəllikdir. Yoqa insanı ruhən sağlam edir” şərhini yazıb.
