AZ

Messi fərqləndi, “İnter Mayami” 1/4 finala yüksəldi

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Kavalyer”lə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 2:0.

Komandanın qollarını Luis Suares və Lionel Messi vurub.

“İnter Mayami” 1/4 finalda ABŞ-nin digər təmsilçisi “Los Anceles”lə qarşılaşacaq.

Seçilən
5
futbolpress.az

1Mənbələr