AZ

“Tarixdə bu gün” - Beynəlxalq Çaylar Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

14 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

14 mart dünyada Pi günüdür:

 

Pi Günü məşhur pi sabitinin şərəfinə hər il 14 mart saat 1.59-da qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır.

 

Pi Gününün ilk rəsmi və ya kütləvi qeyd olunması Larri Şou və digər işçilər ilə 1988-də, Şounun fizik olaraq işlədiyi San Francisco Exploratoriumda həyata keçirilib. 12 mart 2009-cu ildə ABŞ Nümayəndələr Məclisi 14 mart 2009 tarixini Beynəlxalq Pi Günü elan etdi. Həmçinin, UNESCO-nun 40-cı Baş Konfransı Pi Gününü 2019-cu ilin Noyabr ayında Beynəlxalq Riyaziyyat Günü elan etdi.

 

14 Mart Beynəlxalq Çaylar Günüdür:

 

Çayların gündəlik həyatımızda nə qədər mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumatlılığı artırmaq üçün hər il martın 14-də Beynəlxalq Çaylar Günü qeyd olunur. Bu ekoloji təqvim 1998-ci ildə təsis edilib.

 

Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirmək məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir.

 

14 mart 838-ci ildə Xürrəmilər hərəkatının başçısı, Azərbaycan xalq qəhrəmanı Babək Samirə şəhərində edam olunub:

 

20 il boyu Abbasilər xilafətinə qarşı mübarizə aparan Babək ərəblərin bir neçə qoşununu darmadağın edib. Babək Sünikdən olan xristian qıpçaq Səhl ibn Sunbatın xəyanəti nəticəsində əsir düşüb və öldürülüb.

 

14 mart 1880-ci ildə Azərbaycan publisistikasının görkəmli nümayəndəsi və şair Əliqulu Qəmküsar dünyaya gəlib.

Seçilən
37
azedu.az

1Mənbələr