AZ

Alimlər 117 il yaşayan qadının uzunömürlülüyünün sirrini açıqlayıblar

117 yaşında vəfat edən Maria Brañas Morera uzunömürlülüyünü "uğur və yaxşı genetika" ilə izah edirdi. Alimlərin araşdırmalarına görə, onun genləri hüceyrələrinin 17 yaş daha gənc qalmasına imkan verib.

QHT.az xəbər verir ki, Barselona Universitetinin professoru Manel Estellerin rəhbərlik etdiyi tədqiqat göstərib ki, Brañasın bağırsaq mikrobiotası körpəninkinə bənzəyirdi və bu, sağlam qalmasına kömək edib. O, Aralıq dənizi pəhrizinə riayət edir, içki və siqaretdən çəkinir, aktiv həyat tərzi sürürdü.

Bu araşdırma uzunömürlülüyün sirrini anlamağa və insan ömrünün uzadılması yollarını müəyyən etməyə töhfə verir.

 

R.İmanov

Seçilən
3
qht.az

1Mənbələr