Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan 4 PUA-nı məhv edib.
Bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat verib.
“Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan dörd pilotsuz təyyarənin hücumunu dəf edib”, - deyə paytaxt meri yazıb.
Sobyanin əlavə edib ki, dağıntıların uçduğu yerdə fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.
Cavid