AZ

Mopedlə traktorçunu vuraraq öldürən kuryerə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Adyar Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 08 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Adyar Məmmədov mopedlə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, zərərçəkmiş Tofiq Kərimovu (soyadı şərti) vuraraq öldürüb.

 

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: Adyar Məmmədov hadisə zamanı bacısı oğlunun dönərxanasında kuryer işləyib. Tofiq Kərimov isə şirkətlərin birində traktorçu olub.

 

Kamal Məmmədov

Tarix: 14 Mart 2025, 09:03   
Seçilən
9
pravda.az

1Mənbələr