AZ

Kartofun kiloqramı bir manat əlli qəpik!    

Həmişə bayram günlərində bazar- dükanda hər şeyin qiyməti kəllə- çarxa qalxır. İndi də belədir.

İkinci çörək adlanan kartofun qiyməti bir manat əlli qəpik olub. Yerli Gədəbəy kartofu isə daha bahadır.Onun kiloqramı  iki manatdır. Martın axırına yaxın onun qiyməti bir qədər də bahalaşacaq.Yəqin soğanın da qiyməti kartofundakından  az olmayacaq! Bütün çərəzlərin qiyməti  demək olar ki, artıb. Qoz, fındıq, badam və digər ləpələr həddindən  artıq bahadır!

Dörd nəfərdən ibarət bir ailənin  Novruz süfrəsi açmasına 400- 500 manat pul lazımdır! Bu, pul isə hər ailədə  yoxdur. Xüsusilə də təqaüdçülər və müavinət alanlar çox  çətin ki, belə bir süfrə  açsınlar. Ona  görə də , belə ailələri imkanlı adamlar diqqətdə saxlamalı və onlara maddi kömək göstərməlidirlər. Mən bir imkanlı adam tanıyıram, hər bayramda  yüzdən çox ailəni sevindirir.

Özü də adını heç kimə bildirmir. Ona deyəndə  ki, adını niyə bildirmirsən?  Cavab verir ki, sağ əl verdiyini, sol əl bilməli deyil.Kasıb insanları sevindirən belə adamları gec- tez Allah da sevindirir və onun ruzisini birə- beş artırır!

Emil Faiqoğlu    

Seçilən
4
adalet.az

1Mənbələr