Bu gün influenser Nəzrin Nəcəfovanın doğum günüdür.
OLAY yazır ki, bloger 28 il əvvəl yəni 2 yaşında olarkən evdə lentə alınan videosunu instaqram səhifəsində yayımlayıb.
Həmin görüntüləri seyr edən Nəzrin ad günü tortunun üzərində şamları üfürərək 30 yaşa qədəm qoyduğunu bildirib.
Nəcəfova sözügedən paylaşıma “Xoş gəldin 30 yaş. Çox ,çox uğurlu gəl. Deyirlər 30 yaş çox fərqli və gözəl olur buna heç şübhəm yoxdur amma yəqin ki özümü hər zaman 18 yaşında hiss edəcəm” şərhini yazıb.
Nəzrinin doğum günü videosunun altına onun anası Xalq artisti Mələkxanım Eyubova “Canım Nəzrinim günün mübarək Nə yaxşı varımızsan” təbrik mesajını yazıb.