AZ

“Milan” onlarla vidalaşacaq

“Milan” icarə əsasında komandada çıxış edən Joao Felikslə bağlı qərar verib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” portuqaliyalı hücumçu ilə yola davam etməyi düşünmür. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Milan” mövsümün sonunda baş məşqçi Serjiu Konseysau və onun komandaya transferini istədiyi Felikslə vidalaşacaq. Hər iki şəxsin klubda qalmaq ehtimalı yox dərəcəsindədir.

Qış transfer dönəmində “Çelsi”dən “Milan”a keçən Feliks 9 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Milan” A Seriyasında 28 turdan sonra 44 xalla 9-cu sıradadır.

Seçilən
2
futbolpress.az

1Mənbələr