Denver hava limanında (Kolorado, ABŞ) “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi yanıb...
Poliqon Fox News telekanalına istinadən xəbər verir ki, insident aeroport binasının yaxınlığındakı dayanacaqda baş verib. Telekanalın yayımladığı kadrlarda təyyarədən qara tüstü çıxdığı görünüb.
“American Airlines” 172 sərnişin və 6 ekipaj üzvünün təyyarədən təxliyyə olunaraq hava limanına aparıldığını bildirib. Şirkətdən verilən məlumata görə, 1006-cı reysin Denver hava limanına təhlükəsiz eniş etdikdən sonra mühərrikində problem yaranıb.
Poliqon.info