Dünyaca məşhur “Laureus” mükafatının mətbuat xidməti ilin ən yaxşı kişi və qadın idmançısı adına namizədlərin siyahısını açıqlayıb.
Kişilər arasında bu ada iddialılar tennisçi Karlos Alkaras, “Formula-1” pilotu Maks Ferstappen, şüvüllə tullanan Arman Düplantis, üzgüçü Leon Marşan və veloyürüşçü Tadey Poqaçardı.
Qadın namizədlərə gəlincə, siyahıda tennisçi Arina Sobolenko, gimnast Simona Baylz, futbolçu Aytana Bonmati, həmçinin yüngül atletlər (qaçış) Sifan Hassan və Feyt Kipyegon var.
Xatırladaq ki, “Laureus” 1999-cu ildən bəri hər il təqdim olunur. Mükafatlandırma mərasimi aprelin 21-də Madriddə keçiriləcək. Ötən il mükafatı tennisçi Novak Cokoviç və futbolçu Aytana Bonmati qazanmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta