AZ

Təyyarədə yanğın çıxdı

ABŞ-ın Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında “American Airlines”-a məxsus sərnişin təyyarəsində yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi (FAA) açıqlama verib.

Məlumata görə, təyyarə Kolorado-Sprinqsdən havaya qalxaraq Texas ştatının “Dallas Fort Uort” beynəlxalq hava limanına doğru hərəkət edib.

Lakin mühərrikin titrəməsi səbəbiylə təyyarə Denverə enməli olub. Bildirilib ki, təyyarə eniş etdikdən sonra uçuş-enmə zolağında irəliləyərkən alovlanıb. Təyyarənin göyərtəsində altı ekipaj üzvü də daxil olmaqla 172 sərnişinin olduğu və hər kəsin təhlükəsiz şəkildə qanad hissədən təxliyə edildiyi qeyd olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Seçilən
2
publika.az

1Mənbələr