Bu ilin yanvar-fevral aylarında ölkəmizin dəmir yolları ilə 1 milyon 413 min 958 nəfər sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur. Bu barədə XQ-yə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə ölkənin polad magistralları ilə daşınmış sərnişinlərin 1 milyon 337 min 958-i Abşeron dairəvi yolunun, 58 min 817-si Bakı – Ağstafa – Bakı, 5 min 484-ü Bakı – Qəbələ – Bakı, 11 min 351-i isə Bakı– Balakən – Bakı qatarlarının payına düşüb. İlin ilk 2 ayında qatarla səfər edən xarici turistlərin sayı 38 faiz artaraq 3 min 763 olub.
XQ