AZ

Konqoda Burundidən olan 20-yə yaxın əsgər həlak olub

 Konqo Demokratik Respublikasında (KDR) Konqo ordusu ilə birlikdə 23 Mart Hərəkatı (M23) üsyançıları ilə döyüşən təxminən 20 Burundi əsgəri bu həftənin əvvəlində baş verən qarşıdurmalarda öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Frans Press” (AFP) iki Burundi hərbi mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, M23 silahlıları və Ruanda əsgərlərinin Kazibadakı mövqelərə hücumu zamanı 20-yə yaxın əsgər həlak olub və onlarla əsgər yaralanıb.
Başqa bir hərbi mənbənin agentliyə verdiyi məlumata görə, hücum zamanı 22-25 Burundi əsgəri həlak olub, o cümlədən əməliyyat qrupunun 10-cu batalyonunun əməliyyatlar rəisi, mayor Klod Ndikumanu yaralanıb və əsir götürülüb.

Seçilən
1
ucnoqta.az

1Mənbələr