AZ

ABŞ nəşri: “Kurskdan çıxan Ukrayna ən yaxşı silahlarını ruslara saxladı”

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətindən geri çəkilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

ABŞ nəşri yazır ki, Ukrayna Silahlı Qüvvələri geri çəkilmə zamanı sürətlə hərəkət edib:

“Ukraynalılar özləri ilə apara bilmədikləri ağır texnikaları atıblar, yəni ruslar üçün qoyub gediblər”.

Mənbə qeyd edir ki, bu yolla ruslar Ukraynanın ən yaxşı briqadalarına məxsus ən yaxşı texnika və artilleriyaları ələ keçirə biliblər.

“Ümumilikdə, ukraynalılar Kurskda 500-ə yaxın maşın və digər ağır texnika itirdi. Ruslar isə 600-ə yaxın itki verib”, - məlumatda deyilir.

Rusiya hərbçilərinin Kurskda ələ keçirdikləri texnikalar arasında ABŞ istehsalı M-1 Abrams tankı və M-2 Bradley döyüş maşını, eləcə də Britaniya istehsalı M-777 özüyeriyən artilleriya sistemləri var./teleqraf

Seçilən
11
turkustan.az

1Mənbələr