AZ

Orta barmaq göstərmək - Söyüşün tarixi

Orta barmaq göstərmək - Söyüşün tarixi

Orta barmaq jesti (bəzən "orta barmağı göstərmək" və ya "təhqiramiz jest" kimi də adlandırılır) dünyanın müxtəlif yerlərində çox köhnə və geniş yayılmış təhqiramiz bir əl işarəsidir. Bu jest adətən bir əl ilə edilir və orta barmağın dik tutulması ilə nümayiş olunur. 

Qlobal.net bu jestin tarixi, mənşəyini araşdırıb.

Orta barmaq jestinin tarixi min illərlə geriyə gedir. Onun ən qədim istifadələrindən biri Qədim Yunanıstanda qeydə alınmışdır. O zaman bu işarə "κατάπυγον" (katapygon) adlanırdı və açıq-aşkar təhqir məqsədi daşıyırdı. Filosof Diogenes bir dəfə bu jesti natiq Demostenə qarşı istifadə etmişdi.

Daha sonra, Qədim Romada bu işarə digitus impudicus ("ədəbsiz barmaq") adlandırılırdı və eyni mənanı ifadə edirdi. Romalılar orta barmağı fallik simvol kimi görürdülər və bu jest kişilik, güc və eyni zamanda təhqir kimi qəbul edilirdi.

Digər versiyaya görə isə bu işarə qəhrəmanlıqdan xəbər verir. 

Orta barmağın göstərilməsi İngilis və Fransızlar arasında 7 illik müharibədən (1756-1763) sonra ortaya çıxıb.

İngilislər ölçüsü 2 metrə çatan uzun oxlarını düz ata bilmək üçün əsasən sağ əlin orta barmağından istifadə edirdilər. Fransızlar ələ keçirdikləri əsgərlərin orta barmaqlarını kəsməyə başladılar. İngilislər isə döyüş zamanı fransızları qıcıqlandırmaq üçün uzaqdan orta barmaqlarını göstərib "mən hələ də döyüşə bilərəm" deyirdilər. Bu da çılğın fransızları özündən çıxarırdı. Beləcə, bu jestin söyüşə çevrilmə hekayəsi bu şəkildə başlamış oldu.

Murad
Qlobal.net
Seçilən
7
qlobal.net

1Mənbələr