Bakıda "Boranı" restoranında yanğın başlayıb.
Ekologiya.az xəbər verir ki, hadisə mağazalar şəbəkəsinin "Əhmədli" metrostansiyası yaxınlığında olan filialında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.
FHN-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək".Milli.Az