Ötən gün vəfat edən aktyor Şinasi Yurtseverin son paylaşımın görüntüləri yayılıb.
Far.Az xəbər verir ki, 51 yaşlı aktyorun yayılan videoda rəqs etdiyi kadrlar yer alıb.
Məlumatlara görə, anası Şinasinin vəfatından xəbərsizdir. Aktyor ötən il mədə xərçənginə tutulmuşdu.
Müalicəsi davam edən Şinasi sonuncu dəfə "Yüzde İki adlı" adlı ekran işində "Kadri" obrazına həyat verib. Serialın ilk 5 bölümündə rol alan aktyor 15 gün əvvəl sətəlcəm olub. Bundan sonra xəstəxanaya yerləşdirilib.
Onun vəfat xəbərini aktyor Zafer Alagöz yayıb. Sonra Şinasinin valideynlərinin onun ölümdən xəbərləri olmadığı ortaya çıxıb. Buna görə də Zafer Alagöz həmin paylaşımı silmək məcburiyyətində qalıb.
Aktyor 18 il idi ki, Ferihan Yurtsever ilə evli idi.